Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB-2

Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB-2
# 23 mart 2018 21:24 (UTC +04:00)

Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

APA-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə “Mercedes”-in sürücüsü və sərnişini, İmişli sakini 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər. “Mercedes”-də olan digər sərnişin İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib.

Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

21:20

Bu axşam Saatlı rayonu ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu İmişli rayon sakinləri Allahverənov Əli Təşkilat oğlu və İsgəndərov Peymandı.

Hadisə yerinə cəlb olunmuş FNN-nin xilasediciləri "Shaqman" markalı yük maşınında sıxılmış vəziyyətdə qalmış sürücü, Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

M.Rəsulov və qəza nəticəsində yaralanan digər şəxs, “Mercedes” markalı avtomobildə olan İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

***

20:50

Saatlı rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaralar kəndində "Shaqman" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yük maşını kanala aşıb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.

***

18:52

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb. "Shaqman" markalı yük avtomobili "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR