Salyanda maşınla vurulan piyada ölüb

Salyanda maşınla vurulan piyada ölüb
# 12 aprel 2018 09:53 (UTC +04:00)

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 11-də saat 14.00 radələrində Salyan şəhərinin ərazisində Bakı şəhər sakini Zahid Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Fəqan İmaməliyevi vurub və piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR