Avqustun 11-də Rusiyanın Orenburq vilayətinin sahibkarları və Azərbaycanın ticarət nümayəndələri arasında "Beynəlxalq əməkdaşlıq və ixrac" layihəsi çərçivəsində görüş keçiriləcək.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüşün məqsədi Orenburq vilayətinin sahibkarlarının mal və xidmətlərinin Azərbaycan bazarına çıxarılmasına kömək etməkdir.
Görüşlərdə Orenburq vilayətinin İqtisadi İnkişaf Nazirliyinin, İxraca Dəstək Mərkəzinin, Orenburq Vilayəti İnkişaf Korporasiyasının rəhbərliyinin, biznes birliklərinin regional nümayəndələrinin, eləcə də bölgənin maraqlı iqtisadi qurumlarının iştirakı planlaşdırılır.