Aİ səfiri: “”Şərq tərəfdaşlığı” ölkələrinin sıx əməkdaşlığı münaqişələrin həllinə müsbət təsir edə bilər”

Aİ səfiri: “”Şərq tərəfdaşlığı” ölkələrinin sıx əməkdaşlığı münaqişələrin həllinə müsbət təsir edə bilər”
# 30 noyabr 2017 07:56 (UTC +04:00)

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı heç kəsə qarşı yönəlməyib”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Aİ-nin Gürcüstandakı səfiri Yanoş Herman Brüsseldə keçirilmiş zirvə toplantısının yekunlarına həsr olunmuş konfransda deyib. O bildirib ki, proqrama üzv ölkələrin beşində münaqişə mövcuddur: “Üzv ölkələr yalnız Avropa İttifaqı ilə deyil, öz aralarında da daha sıx əməkdaşlıq etməlidirlər. Əməkdaşlıq baş verir və bu, sevindiricidir. Bu əməkdaşlıq mövcud münaqişələrin həllinə də müsbət təsir edə bilər”.

Y. Herman “Şərq tərəfdaşlığı” sammitinin nəticələrini müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu toplantı ölkələrə yeni dinamizm gətirəcək.

Səfir qeyd edib ki, Gürcüstan “Şərq tərəfdaşlığı” proqramının ən uğurlu üzvlərindən biridir. Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze isə öz növbəsində deyib ki, sammitin nəticələri Gürcüstan üçün uğurlu olub: “Sammitdə iştirak etmiş Avropa ölkələrinin liderləri “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın davam etdirilməsinə böyük maraq göstərdi. Çox vacib qərarlar qəbul edildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR