Xaçmazda 2 hektar ərazidə quru kol-kos yanıb - YENİLƏNİB

Xaçmazda 2 hektar ərazidə quru kol-kos yanıb - <span style="color: red;">YENİLƏNİB
# 27 iyul 2015 13:26 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz şəhərində yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın köhnə konserv zavodunun həyətində başlayıb.

Nəticədə 2 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə nəticəsində yalnız quru kol-kos yanıb, yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb, tikililərdə hər hansı yanğın baş verməyib.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR