“ASAN xidmət” və “ASAN Kommunal”da 8 mart qeyri-iş günüdür

“ASAN xidmət” və “ASAN Kommunal”da 8 mart qeyri-iş günüdür
# 07 mart 2019 10:56 (UTC +04:00)

8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

“ASAN xidmət”in İnformasiya təminatı şöbəsindən ONA-ya verilən məlumata görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan əlavə, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir”, - məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR