Sevinc Fətəliyeva AŞPA-nın komitə iclasında iştirak edəcək

Sevinc Fətəliyeva AŞPA-nın komitə iclasında iştirak edəcək
# 28 noyabr 2016 15:59 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva noyabrın 29-dan dekabrın 4-dək İtaliyada səfərdə olacaq.

MM-dən APA-ya verilən məlumata görə, deputat Florensiya şəhərində keçiriləcək Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edəcək.

Tədbirlərdə uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR