Bakıda maşın qaçıran şəxslərə hökm oxunub

Bakıda maşın qaçıran şəxslərə hökm oxunub
# 16 noyabr 2016 10:36 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İkram Əliyev və Əhmədağa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Əliyev və Ə. Cəbrayılov hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Bakı şəhəri Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti (TŞX), Nərimanov rayon 17-ci Polis Bölməsi - TŞX və Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-nə keçən gecə Talıb Şirinova məxsus «KamAZ» markalı avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakinləri - 1978-ci il təvəllüdlü İkram Əliyev və 1991-ci il təvəllüdlü Əhmədağa Cəbrayılov avtomobillə birlikdə tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR