I rübdə BP-nin xalis mənfəəti 2,5 mlrd. dollara qədər artıb

I rübdə BP-nin xalis mənfəəti 2,5 mlrd. dollara qədər artıb
# 01 may 2018 12:31 (UTC +04:00)

Bu ilin birinci rübündə Böyük Britaniyanın neft-qaz nəhəngi BP şirkətinin xalis mənfəəti 2,469 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics” şirkətin hesabatına istinadən bildirilib ki, bu, ötən ilin birinci rübü ilə müqayisədə 1,7 dəfə çoxdur.

Hesabat dövründə BP şirkətinin rüblük gəliri 22,6% artaraq 69,143 mlrd. dollar təşkil edib. BP-nin xalis öhdəliklərinin həcmi illik nisbətdə 3,5% artaraq hesabat dövrünün sonuna 39,993 mlrd. dollar təşkil edib.

BP-dən bildirilib ki, nəticələrə hasilatın artımı və neft qiymətinin yüksəlməsi təsir edib. Belə ki, birinci rübdə “Brent” markalı neftin bir barelinin orta qiyməti 66,82 dollar olub. WTI neftinin qiyməti isə 62,9 dollar olub. Yəni, illik nisbətdə neftin qiymətinin artımı müvafiq olaraq 24,5 və 21,7% təşkil edib.

Birinci rüb ərzində BP-nin gündəlik hasilatı 3,732 mln. barel olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,7% çoxdur. Şirkətin proqnozlarına görə, ikinci rübdə texniki xidmətlə əlaqədar mövsümü işlərin olması və mövsümü təsirlər səbəbindən hasilat azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR