“Monako” 18 yaşlı müdafiəçi ilə müqavilə bağlayıb

“Monako” 18 yaşlı müdafiəçi ilə müqavilə bağlayıb
# 18 dekabr 2019 16:29 (UTC +04:00)

“Monako” Serbiyanın “Partizan” klubunun futbolçusu Straxinya Pavloviç ilə müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı müdafiəçi yalnız 2020-ci ilin yayında “Knyazlıq klubu”na qoşulacaq.

Serb futbolçu cari mövsümü icarə əsasında Belqrad təmsilçisində başa vuracaq. O, icarə əsasında doğma komandasında oynayacaq.

Müqaviləsinin müddəti açıqlanmayan S.Pavloviç bu ilin fevralından “Partizan”ın əsas heyətində çıxış edir. O, cari mövsümdə keçirdiyi 30 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR