Deputatların iclas zalını yarımçıq tərk etmələri Oqtay Əsədovun narazılığına səbəb olub

Deputatların iclas zalını yarımçıq tərk etmələri Oqtay Əsədovun narazılığına səbəb olub
# 03 aprel 2018 12:18 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermə baş tutmayıb.

APA-nın məlumatına görə, iclas zalında deputatların sayının az olması səbəbindən səsvermənin keçirilməsi mümkün olmayıb.

Səsvermə zamanı zalda cəmi 78 deputatın olması spiker Oqtay Əsədovun ciddi iradına səbəb olub.

"Haradadır bunların qalanı? İclas bitməmiş boğazları quruyub ki, çaya qaçıblar? Çağırın, gəlib səs versinlər heç olmasa", - deyə o bildirib.

Deputatların iclas zalına qayıtmasından sonra səsvermə baş tutub.

Layihə ikinci oxunuşda qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR