Robert Koçaryana qarşı ittiham irəli sürülüb və həbsi üçün məhkəməyə müraciət olunub

Robert Koçaryana qarşı ittiham irəli sürülüb və həbsi üçün məhkəməyə müraciət olunub
# 26 iyul 2018 19:46 (UTC +04:00)

Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilmişdi. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşu devirmək ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan olunub.

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, 2008-ci ildə Yerevan hərbi qarnizonunun komandanı olmuş Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR