Qanunsuz ovla məşğul olan Biləsuvar sakini saxlanılıb

Qanunsuz ovla məşğul olan Biləsuvar sakini saxlanılıb
# 06 dekabr 2016 12:14 (UTC +04:00)

Biləsuvarda qanunsuz ovla məşğul olan rayon sakini saxlanılıb.

Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) ictimai təhlükəsizlik bölməsinin rəisi, polis baş leytenantı İlqar Novruzov məlumat verib. Onun sözlərinə görə, RPŞ-nin Səmədabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri reyd zamanı qanunsuz ovla məşğul olan rayonun Nəsimikənd kənd sakini Cavid Qasımov saxlanılıb. C.Qasımov Şəhriyar adlanan ərazidə həyata keçirdiyi qanunsuz ov zamanı 13 ədəd adları qırmızı kitaba düşmüş bəzgək quşu ovlayıb. Məlum olub ki, saxlanılan şəxsin ov zamanı istifadə etdiyi ov tüfənginin heç bir yerdə qeydiyyatı yoxdur.

Bölmə rəisinin sözlərinə görə, ovlanmış çöl quşlarının hər biri üçün 330 manat məbləğində cərimə nəzrədə tutlub.

Faktla balı Biləsuvar RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR