Ölkənin ən geniş ət-süd mağaza şəbəkəsi hər həftə yenisini açır

Ölkənin ən geniş ət-süd mağaza şəbəkəsi hər həftə yenisini açır
# 04 oktyabr 2017 08:30 (UTC +04:00)



Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş
əti istehsalçısı

Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş
əti istehsalçısı olan Səba şirkəti istehlakçılarına bilavasitə xidmət
göstərmək üçün öz mağazaları şəbəkəsini genişləndirir. Təkcə
sentyabrda ölkənin müxtəlif bölgələrində 5 Səba ət-süd dükanı açılıb.

“Biz Səba dükanları şəbəkəsini eyni templə genişləndirməyi qarşımıza
məqsəd qoymuşuq. Bizə ölkənin hər yerindən Səba istehlakçıları
mağazalarımızı onların da ərazilərində açmağımız barədə müraciət
edirlər. Səba mağazaları təkcə istehlakçıların evlərinə yaxın sevimli
brend mağazası demək deyil. Bizim mağaza həm də davamlı iş yeridir.
Biz satıcıları işə götürmək üçün onlara peşəkar təlimlər keçirik,
müştəri məmnuniyyəti üçün tələb olunan keyfiyyətləri aşılayırıq” –
Səba-dan bildiriblər.

Təzə-təzə və hər evə yaxın

Kiçik məhlə dükanları prinsipi ilə əhaliyə ən yaxın ərazilərdə açılan
Səba dükanlarının missiyası Səba ət və süd məhsullarının
istehlakçılara təzə-təzə - müəssisədən çıxan məhsulun soyuma həddi
keçmədən çatdırılmasını təmin etməkdir. Səba-nın başqa heç bir marketə
vermətiyi təzə toyuq tikələri və içalatı, çəki ilə xama, kəsmik,
süzmə, qaymaq kimi süd məhsulları bu dükanlarda təklif edilir. Səbəb
isə çox sadədir – hər kəs öz ailəsinə lazım olan çəkidə Səba məhsulunu
gündəlik, təzə-təzə və uzağa getmədən ala bilsin.

Səba dükanlarını özəl edən səbəblərdən biri də brendin yüksək
keyfiyyətə malik kolbasa və sosis məmulatlarının yalnız burada
satılmasıdır.


Dad və keyfiyət üçün ən müasir texnologiya - hava ilə soyutma sistemi

Hava ilə soyutma sistemi Səba quşçuluq müəssisəsində tədbiq olunan
ən müasir texnologiyalardandır. Əl dəymədən yolunub təmizlənmiş, içi
çıxarılmış quşlar başı aşağı vəziyyətdə 39°C temperaturdan 0°C
temperatura qədər soyuyanadək hava axını altında fırlanır. 2015-ci
ildən hava ilə soyutma texnologiyasını tətbiq etməklə, Səba quş ətinin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR