Bank Of Baku

Tovuzda koronavirus xəstəsi olan ana və oğul ictimai yerdə saxlanılıb

Tovuzda koronavirus xəstəsi olan ana və oğul ictimai yerdə saxlanılıb
# 27 avqust 2021 10:23 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, araşdırmalar zamanı onun oğlu Azər Qasımovun da koronavirus testinin nəticəsinin pozitiv çıxdığı məlum olub. Buna baxmayaraq, o, rayon ərazisində aşkarlanıb və idarə etdiyi avtomobili ilə saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs yaşadıqları evə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR