Yevlaxda kanalda meyiti tapılan 79 yaşlı qadının intihar etdiyi ehtimal olunur - YENİLƏNİB

Yevlaxda kanalda meyiti tapılan 79 yaşlı qadının intihar etdiyi ehtimal olunur - <span style="color: red;">YENİLƏNİB
# 20 sentyabr 2017 09:49 (UTC +04:00)

Qarabağ kanalında meyiti tapılan qadının kimliyi məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.

N. Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, N. Rəsulova intihar edib.

***

11:03

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR