Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi hüquqları ləğv edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəzi hüquqları ləğv edilib
# 23 fevral 2019 12:58 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyi müəyyən olunan şəxsin fərdi reabilitasiya proqramının tərtib olunmasına və icrasına nəzarət etmək hüququ ləğv edilib.

ONA-nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək vəzifəsi həvalə olunub.

İndiyə qədər nazirliyin vəzifələri sırasına əlillərlə və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı informasiya bazasını yaratmaq və mütəmadi olaraq təkmilləşdirmək daxil olub. Fərmana əsasən, artıq nazirliyə əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq tapşırılıb. Müvafiq olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələri sırasından əlillər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məlumat bazasının təşkili də çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR