Dövlət Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək
# 22 avqust 2015 11:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 28-də saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 27-si saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-10-06) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR