Agentlik: Dövlət tibb müəssisələrinin statusunun dəyişməsi tibbi sığortanın tətbiqini asanlaşdıracaq

Agentlik: Dövlət tibb müəssisələrinin statusunun dəyişməsi tibbi sığortanın tətbiqini asanlaşdıracaq
# 01 noyabr 2016 09:23 (UTC +04:00)

"Dövlət tibb müəssisələrinin təşkilati-hüquqi forma baxımından publik hüquqi şəxslərə çevrilməsi icbari tibbi sığortanın tətbiqi prosesini asanlaşdıracaq". Bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, tibb müəssisələri müstəqil balansa, bank hesablarına malik olacaqlar, bu tipli hüquqi şəxslər üçün dövlət büdcəsindən savayı digər maliyyə mənbələrini özlərində toplamaq imkanı yaradılacaq: "Sadalanan faktlar publik hüquqi şəxslərin fəaliyyətinin icbari tibbi sığortanın tələblərinə uyğun gəlməsini bir daha sübut edir".

"Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ölkə prezidentinin fərmanının 1.2-ci bəndinin icrası məqsədilə dövlət tibb müəssisələrinin yeni nümunəvi nizamnaməsi hazırlanıb", - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR