Bu ilin I yarısında mehmanxanalar 167 mln. manat gəlir əldə edib

Bu ilin I yarısında mehmanxanalar 167 mln. manat gəlir əldə edib
# 24 iyul 2018 14:51 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 288,9 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gecələmələrin 62%-i Bakıda, 9,7%-i Qəbələdə, 5,1%-i Qusarda, 4,5%-i Naftalanda, 3,6%-i Qubada, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,5%-i Xaçmazda, 1,1%-i Ağstafada, 9,1%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6%-ni təşkil edir. Gecələmələrin 14,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 14,1%-i Rusiya Federasiyası, 6,6%-i İran, 4,5%-i Türkiyə, 4,3%-i Səudiyyə Ərəbistanı, 3,4%-i Böyük Britaniya, hər biri üzrə 3,3% olmaqla Hindistan və ABŞ, 3,2%-i İsrail, 2,9%-i Qətər, 2,8%-i Küveyt, 2,1%-i İraq, 2%-i Pakistan, 1,7%-i Qazaxıstan, 1,6%-i Almaniya, 1,3%-i Ukrayna, 28,6%-i digər ölkələrin vətəndaşlarının payına düşüb.

Bu ilin birinci yarısında mehmanxanaların gəlirləri 167,0 mln. manat olub ki, onun 66,3%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8%-i müalicə və sağlamlıq xidmətlərindən, 6,1%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,8% olub. Bu göstərici Naftalanda 58,6%, Ağstafada 48,5%, Bakıda 33,7%, Şirvanda 33%, Kürdəmirdə 28,3%, Qəbələdə 27,5%, Zərdabda 25,9%, Qazaxda 23,9%, Mingəçevirdə 22,9%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR