Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində monitorinq və audit aparacaq

Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində monitorinq və audit aparacaq
# 18 may 2018 09:55 (UTC +04:00)

Azərbaycanda qida zəncirinin bütün proseslərində iştirak edən sahibkarlıq subyektlərində müvafiq monitorinq və audit işləri həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyini sədri Qoşqar Təhməzli bildirib.

Q.Təhməzlinin sözlərinə görə, agentliyin bu sahədə təftiş və dövlət nəzarəti şöbəsi var.

"Həmin şöbənin auditorları və ekspertləri tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində yoxlamalar olacaq. Bu təftiş və yoxlamalar heç də sahibkarların fəaliyyətinə maneçilik törətmək məqsədilə aparılmayacaq. Sadəcə agentliyin məqsədi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə lazımi yardım və dəstək göstərilsin. Onlar beynəlxalq standartlara uyğun məhsulları istehsal etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdikləri qida zəncirində beynəlxalq normal və qaydalara əməl edə bilsinlər ki, Azərbaycan əhalisinin sağlamlığı təhlükə qarşısında qalmasın", - deyə Q.Təhməzli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR