Üç nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Üç nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub
# 05 avqust 2015 14:17 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümünə səbəb olan sürücü Zabit Mayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Zabit Mayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il Buzovna-Maştağa yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində R. Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z. Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR