Azərbaycanın xarici ticarət əməliyyatlarında 2 mlrd. manatlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət əməliyyatlarında 2 mlrd. manatlıq müsbət saldo yaranıb
# 20 oktyabr 2017 11:36 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 14 mlrd. 321 mln. 538,84 min dollar təşkil edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 7,92% azdır.

Bu ilin doqquz ayında idxal əməliyyatları 6 mlrd. 177 mln. 594,80 min dollar olub ki, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 0,38% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 143 mln. 944,04 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,35% azdır.

Nəticədə 1 mlrd. 966 mln. 349,24 min dollar məbləğində müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR