“Günay Bank”ın öhdəlikləri 44% artıb

“Günay Bank”ın öhdəlikləri 44% artıb
# 24 iyul 2018 09:08 (UTC +04:00)

“Günay Bank”ın aktivlərinin həcmi 2018-ci ilin II rübündə 181,696 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,85% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,41% artaraq 147,734 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,01 dəfə artaraq 86,899 mln. manat olub, əhalinin əmanətlərinin həcmi isə 67,594 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,98 dəfə artım deməkdir. Bankın öhdəliklərinin həcmi 43,79% artaraq hesabat dövrünün sonuna 120,971 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 0,68% artaraq 60,673 mln. manat təşkil etdiyi halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. 910,09 min manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 35,75% artaraq 9,134 mln. manat, xərcləri isə təxminən 45,75% artaraq 5,218 mln. manat olub.

Cari ilin ilk altı ayını “Günay Bank” 616 min 600 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR