Salvadorda nazirliyin binasında yanğın baş verib, 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Salvadorda nazirliyin binasında yanğın baş verib, 3 nəfər ölüb, 15 nəfər yaralanıb
# 08 iyul 2017 02:34 (UTC +04:00)

Salvadorun paytaxtı San-Salvadorda maliyyə nazirliyinin binasında yanğın baş verib.

APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanğın zamanı xilasedicilər tərəfindən 50-dək nazirlik əməkdaşı təxliyə olunub. İlkin versiyaya əsasən, yanğına binanın soyutma sistemində yaranan qısaqapanma olub. Hazırda yanğının söndürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR