“Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi olub

“Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi olub
# 18 yanvar 2018 11:56 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi olub.

APA-nın məlumatına görə, Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Nazir deyib ki, nəşrdə Qarabağın tarixindən, XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur: “Qarabağ daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Hərbi təcavüzlə bərabər Ermənistan tərəfindən Azərbaycana qarşı mənəvi təcavüz də davam edir. Bunun qarşısını almaq üçün biz hər zaman öz tariximizə hörmətlə yanaşmalıyıq. Təqdim olunan kitab məhz bu məqsədə xidmət edir”.

Nəşr “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən ibarətdir.

Xüsusi dizaynla hazırlanmış kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Xatırladaq ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR