Sabiq icra başçısı məhkəmə istintaqının yenilənməsini istəyib

Sabiq icra başçısı məhkəmə istintaqının yenilənməsini istəyib
# 18 iyul 2018 10:20 (UTC +04:00)

Bakı Ağır Cinayətlər məhkəməsində 1992-ci ildə Ağcabədi rayonunun İcra Hakimiyyətinin başçısı işləmiş Münsif Məmməd oğlu Səfərov və Rüstəm Ərəstun oğlu Bayramovun məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M. Səfərovun vəkili cinayət işi üzrə məhkəmə istintaqının yenilənməsi ilə bağlı vəsatət verib.

Prokuror vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 20-dək təxirə salınıb.

İtiiham aktına görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.

Fərabi Mənsura 60 min manat ziyan vurulub. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R. Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, M. Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR