Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin 32%-i icra olunub

Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin 32%-i icra olunub
# 02 oktyabr 2017 12:56 (UTC +04:00)

"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 32%-i icra olunub, 59%-nin icrasına başlanılıb, 9%-nin icrasına isə ümumiyyətlə başlanılmayıb.


"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.


Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.


Sənəddə qeyd edilib ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi və özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə tədbirlərin 33%-i icra olunub, 67%-nin icrasına başlanılıb, insan kapitalının inkişaf etdirilməsi üzrə tədbirlərin 46%-i icra olunub, 36%-nin icrasına başlanılıb, 18%-i icra olunmayıb, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin 13%-i icra olunub, 75%-nin icrasına başlanılıb, 12%-nin icrasına başlanılmayıb.


Əsas icraçı qurumların performansına gəlincə, Maliyyə Sabitliyi Şurası 1 tədbirə məsul idi ki, cari ilin ilk yarısında o tədbiri icra edib.


Qurumların performansı fotoda detallı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR