Azərbaycanda istehlak kreditlərinin borc yükü artıb

Azərbaycanda istehlak kreditlərinin borc yükü artıb
# 27 dekabr 2019 12:00 (UTC +04:00)

Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 13,8%-i həcmində olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ev təsərrüfatlarına kredit qoyuluşunun əhalinin nominal gəlirlərinə nisbəti illik 2,2 faiz bəndi artıb.

Qeyd edək ki, maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu illik ifadədə 26% artaraq 1 noyabr 2019-cu il tarixinə 6 431,0 mln. manat, ölkə əhalisinin nominal gəlirləri isə illik müqayisədə 6,9% artaraq cari il yanvar-oktyabr ayları ərzində 46 705,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR