Milli Məclisin deputatları Yaponiyaya səfər edəcəklər

Milli Məclisin deputatları Yaponiyaya səfər edəcəklər
# 14 oktyabr 2016 16:52 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatları Muxtar Babayev və Kamran Nəbizadə oktyabrın 16-da Yaponiyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Yaponiya parlamentində qanunvericilik orqanının strukturu, iş prinsipləri, deputatların fəaliyyəti ilə yaxından tanış olacaqlar.

Nümayəndə heyəti yaponiyalı həmkarları ilə bir sıra görüşlər də keçirəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin əhəmiyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 21-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR