Sumqayıtda keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Sumqayıtda keçmiş məhkumdan 5 kq narkotik götürülüb
# 11 mart 2017 09:15 (UTC +04:00)

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbovdan 0,965 qram heroin, yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı isə 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR