BMT-də Şimali Koreya üzrə səsvermə sentyabrın 11-də keçiriləcək

BMT-də Şimali Koreya üzrə səsvermə sentyabrın 11-də keçiriləcək
# 09 sentyabr 2017 02:13 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasında Şimali Koreya üzrə səsvermənin sentyabrın 11-də keçiriləcəyi planlaşdırılır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi üzrə səsvermənin sentyabrın 11-də keçirilməsini təklif edib. Bu barədə BMT Təhlükəsizlik Şurası artıq məlumatlandırılıb”, deyə N.Heyli qeyd edib.

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR