Bolqarıstan Hərbi Akademiyasının rəhbərliyi Azərbaycanda səfərdədir

Bolqarıstan Hərbi Akademiyasının rəhbərliyi Azərbaycanda səfərdədir
# 12 aprel 2017 14:17 (UTC +04:00)

Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəhbər heyəti ölkəmizə səfərə gəlib.

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə iki ölkənin hərbi elm və təhsil sahəsində əlaqələri, o cümlədən akademiyalar arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri və maddi-texniki bazası haqqında qonaqlara ətraflı məlumat verib.

Təhsil ocaqları arasında inkişaf edən münasibətlərin əhəmiyyətindən danışan G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Qrudi Angelov Azərbaycanın hərbi elm və təhsilinin bütün istiqamətləri üzrə əlaqələrin uğurla inkişaf etdiyini xüsusi qeyd edib.
Sonda hərbi akademiyalar arasında elmi tədqiqatlar, təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi, tədris və qarşılıqlı maraq doğuran digər məsələlərə dair əməkdaşlıq sənədi imzalanıb.

Sonra qonaqlar Azərbaycan hərbi təhsil sisteminin inkişafı ilə yaxından tanış olmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR