Bu il SKMF xətti ilə sahibkarlara 97 mln. manatadək güzəştli kredit verilib

Bu il SKMF xətti ilə sahibkarlara 97 mln. manatadək güzəştli kredit verilib
# 13 oktyabr 2017 15:18 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF bu sahədə növbəti işgüzar forumunu oktyabrın 13-də Daşkəsən rayonunda keçirib. İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, SKMF tərəfindən Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda SKMF-nın icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4000-dək yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 423 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR