DGK apreldə büdcə daxilolmalarını 61%-ə qədər artırıb

DGK apreldə büdcə daxilolmalarını 61%-ə qədər artırıb
# 07 may 2018 11:00 (UTC +04:00)

Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 300 mln. 591,9 min manat təşkil edib.

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2017-ci ilin aprel ayı ilə müqayisədə daxilolmalar 113 mln. 577,3 min manat və ya 60,73% çoxdur. Bu ilin mart ayı ilə müqayisədə isə daxilolmalar 19 mln. 353,8 min manat və ya 6,88% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 71 mln. 139 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 211 mln. 527,4 min manat, aksizlər üzrə 15 mln. 013,8 min manat, yol vergisi üzrə isə 2 mln. 911,7 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR