“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 28 may 2018 08:37 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya valyuta birjalarında avro 1.1645$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Artıq 1.1700$-ın üzərində ticarət edilən EUR/USD maliyyə aləti 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1826$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Avronun bahalaşmasına təsir edən amil isə cümə axşamı Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya səviyyəsinin arta biləcəyi gözləntiləridir. Bununla yanaşı, cümə günü saat 16:30-da dərc ediləcək ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da bu həftə güclü dalğalanmalara təsir edəcəyi gözlənilir.

GBP

GBP/USD məzənnəsinin də bahalaşdığı müşahidə edilir. Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.3300$-ın üzərində qaldıqca, artım dalğasının 1.3421$ və 1.3550$-a kimi də sürətlənməsinə səbəb ola bilər.

TRY

Türkiyə bazarlarında isə dollar keçən həftənin ikinci yarısında yenidən bahalaşsa da 4.80TL-də müqavimətlə rastlaşaraq, 4.69TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.68TL-ı da aşağı istiqamətdə qıraraq altında qalarsa, 4.60 və 4.56TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Cümə günü saat 11:00-da yayımlanacaq Türkiyənin xarici ticarət dövriyyəsi ilə bağlı statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

OIL

Enerji bazarlarında isə Brent neftinin qiyməti keçən həftə ərzində maksimum səviyyəsini 80$ ilə yenilədikdən sonra ucuzlaşmağa başlayıb. 75$-a ticarət edilən bir barel üzrə qiymət 73$-a kimi də ucuzlaşa bilər. Bu həftənin cümə axşamı saat 19:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1296$-ın (41.6 $/qram) üzərində təklif edilməkdədir. Qiymət 1303$-ı (41.8 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1308$-a (42.0 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_____________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR