Rusiya gəmiləri Hələb yaxınlığındakı terrorçulara raket zərbələri endirəcək

Rusiya gəmiləri Hələb yaxınlığındakı terrorçulara raket zərbələri endirəcək
# 08 noyabr 2016 17:17 (UTC +04:00)

Rusiya Hərbi-Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupu yaxın sutka ərzində terrorçuların Suriyanın Hələb əyalətindəki mövqelərinə raket zərbələri endirməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə “Gazeta.ru”ya Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumatda qeyd olunur ki, “Kalibr” tipli qanadlı raketlərdən və aviasiyadan istifadə ediləcək hücumun hədəfi terrorçuların şəhərdən kənarda yerləşən mövqeləri olacaq.

İrimiqyaslı əməliyyat zamanı ən yeni silah nümunələrindən istifadə edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR