Baş Prokurorluq Sumqayıtda baş verən intiharla bağlı məlumat yayıb

Baş Prokurorluq Sumqayıtda baş verən intiharla bağlı məlumat yayıb
# 28 iyul 2015 15:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 24-də 1955-ci il təvəllüdlü Əliyev Məhəmməd Müzəffər oğlunun Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR