Rusiyada spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14-ə çatıb

Rusiyada spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14-ə çatıb
# 19 dekabr 2016 03:44 (UTC +04:00)

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Son məlumata əsasən, gecə saatlarında xəstəxanalarda daha 6 nəfər dünyasını dəyişib. Ümumilikdə, zəhərlənmə əlamətləri ilə xəstəxanalara 37 nəfər çatdırılıb.

Ölən şəxslərin yemişan tərkibli spirtli içkidən zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları spirtli içkilərin satıldığı ticarət obyektlərində yoxlama aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR