Bu il 337 həkim işə qəbul olunub

Bu il 337 həkim işə qəbul olunub
# 30 dekabr 2019 14:13 (UTC +04:00)

2019-ci ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 337 həkim işə qəbul olunub ki, bunlardan 176 nəfər respublikanın bölgələrinin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinin vakant həkim vəzifələrinə işə qəbul olunub.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında bildirilir.

Cari tədris ilində 16560 həkim və 8964 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4654 həkim və 7697 orta tibb işçisi sertifikat alıb, eyni zamanda 24 ixtisas üzrə 247 müdavim peşə hazırlığı kurslarında iştirak edib.

2019-cu ildə akkreditasiya edilən tədbirlərin sayı 260-dək artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR