SOCAR "Dayazsulu Günəşli" və "Neft daşları" yataqlarında neftvermə əmsalını artıracaq

SOCAR "Dayazsulu Günəşli" və "Neft daşları" yataqlarında neftvermə əmsalını artıracaq
# 30 may 2018 15:26 (UTC +04:00)

SOCAR "Dayazsulu Günəşli" və "Neft daşları" yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bu gün Bakıda keçirilən Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalı 0,47, "Neft daşları" yatağında isə 0,45 təşkil edir: "İstismar müddətində "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalının 0,56-ya, "Neft daşları"nda isə 0,50-yə çatdırılması gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR