Market sahibinin 2 milyon manatını mənimsəyən ana və oğlu apellyasiya şikayəti verib

Market sahibinin 2 milyon manatını mənimsəyən ana və oğlu apellyasiya şikayəti verib
# 17 avqust 2017 09:34 (UTC +04:00)

“Bizim Market” mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


APA-nın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə şikayətə baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il S. Quliyev 11 il, H. Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sahib Quliyev və onun anası Həcər Quliyeva “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq ediblər. Sahib Quliyev “Bizim Market” şəbəkəsinin sahibi Rasim Salmanovun Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. Rasim Salmanov Sahib Quliyevin onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirdiyini qeyd edib. Eyni dələduzluq əməlində Sahib Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilib.

“Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub.

H. Quliyeva R. Salmanovun baldızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR