Prokuror "Muğanbank"ın sabiq xəzinədarına 10 illik həbs cəzası istəyib

Prokuror "Muğanbank"ın sabiq xəzinədarına 10 illik həbs cəzası istəyib
# 08 sentyabr 2017 11:55 (UTC +04:00)

Bakı Ağır cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin dələduzluqda təqsirləndirilən sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, A. Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 14-də davam etdiriləcək.

İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui ustufadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın "Dostluq" filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR