Sel suları Cəlilabadda fəsadlar törədib - FOTO - VİDEO

Sel suları Cəlilabadda fəsadlar törədib      - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 17:06 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, ən çox ziyan rayonun Albalan kəndində müşahidə olunub. Belə ki, sel suları kənddə iki körpünü yuyaraq yarasız vəziyyətə salıb. Nəticədə yaşayış məntəqəsinin bir tərəfinin digər tərəflə əlaqəsi kəsilib.

Sel suları kənddə həmçinin şəxsi və ictimai təsərrüfatlara, əkin sahələrinə də ciddi ziyan vurub. Albalan kəndini elektrik enerjisi ilə təmin edən transformator sel sularının təsirinə məruz qaldığından yerli sakinlər işıqsız qalıb.

Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları və yerli icra strukturlarının nümayəndələri kəndə gələrək, hadisə yerinə baxış keçiriblər. Evləri suyun altında qalmış sakinlər müvəqqəti olaraq qohumlarının yanına köçürülüb.

Məlumata görə, rayonun Ağdaş kəndində də bəzi ərazilər sel sularına qərq olunub. Hazırda cənub bölgəsinin digər rayonlarında olduğu kimi Cəlilabadda da yağıntılı hava şəraiti davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR