ABŞ Suriyada yardım karvanına aviazərbəyə dair faktları açıqlamayacaq

ABŞ Suriyada yardım karvanına aviazərbəyə dair faktları açıqlamayacaq
# 23 sentyabr 2016 05:58 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyada BMT-nin humanitar yardım karvanına aviazərbənin endirilməsini təsdiqləyən faktlar əldə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.

“Bizdə hadisə şahidlərinin və digərlərin ifadələri, həmçinin kəşfiyyat məlumatları da var. Lakin bu məlumatları jurnalistlərə açıqlamayacağıq”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, əldə edilən məlumatlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, aviazərbəni ya Rusiya, yada ki, Suriya təyyarəsi endirib: "İstənilən halda Vaşinqton hücuma görə məsuliyyəti Rusiyanın üzərinə qoyur, çünki o atəşkəsin təmin olunmasına zəmanət verən tərəflərdən biridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR