Şabranda 7 yaşlı uşağı maşın vuraraq öldürüb

Şabranda 7 yaşlı uşağı maşın vuraraq öldürüb
# 14 mart 2016 08:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şabranda 7 yaşlı uşağı maşın vurub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 122-ci kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini 1965-ci il təvəllüdlü Şamil Xasay oğlu İsmayılov idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən Rusiya vətəndaşı, 2009-cu il təvəllüdlü Rüstəm Mirzə oğlu Mirzəyevi vurub. Nəticədə R.Mirzəyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR