Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb
# 20 noyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da Kürdəmir rayonunun Sığırlı kəndində rayon sakini Cəfər Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən kənd sakini Asim Mövlayevi vurub. Xəstəxanaya yerləşdirilmiş A.Mövlayev noyabrın 19-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR