Əli Əhmədov: "Düşünürəm ki, sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər ciddi araşdırılacaq"

Əli Əhmədov: "Düşünürəm ki, sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər ciddi araşdırılacaq"
# 01 noyabr 2015 18:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. "Sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər düşünürəm ki, ciddi araşdırılacaq".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Mərkəzi Seçki Komissiyası bu faktları araşdırmalı, həqiqətən burda pozuntu aşkar edilərsə, ölçü götürməlidir: “Onu da deyə bilərəm ki, bu, rəqiblərimizin bizə qarşı düzəltdiyi görüntülər də ola bilər. Çünki Azərbaycanda "Exit-poll"un ilkin nəticələrinə və öz müşahidəçilərimizin də bizə verdiyi məlumatlara görə, seçki olduqca şəffaf keçib, ciddi pozuntu qeydə alınmayıb. Hətta sosial şəbəkələrdə təqdim olunan görüntülərin özü də elə böyük miqyasda pozuntular deyil. Bütün hallarda belə faktlar varsa, araşdırılıb ölçü götürülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR