Türkiyə “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsinə başlayıb

Türkiyə “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsinə başlayıb
# 03 sentyabr 2016 13:57 (UTC +04:00)

Bakı-APA. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə Türkiyə ordusuna məxsus 20 tank və 5 zirehli maşın Azad Suriya Ordusunun İŞİD terror təşkilatı ilə mübarizəsinə dəstək vermək üçün Kilis rayonunun Əlibəyli qəsəbəsindən sərhədi keçərək Suriyanın Çobanbəy (Rai) qəsəbəsinə daxil olub.

Tanklar irəliləyişi Fırtına özüyeriyən artilleriya qurğuları ilə İŞİD bu bölgədəki mövqelərinin atəşə tutulması ilə müşayiət edilir.

Qeyd edək ki, hazırda Türkiyə ilə sərhəddəki Çobanbəy qəsəbəsinin mərkəzi müxalif Azad Suriya Ordusunun nəzarətində olsa da, qəsəbənin ətrafındakı kəndlərə və ümumən bölgənin əsas qisminə İŞİD nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR