GÜNÜN ŞƏRHİ
Suriya münaqişəsi addım-addım Türkiyə ərazisinə transformasiya olunur. PKK-nın Suriya qanadının Fərat çayının qarşı tərəfinə keçmək cəhdi Türkiyəni aktiv hərbi əməliyyatlara sövq edir. Artıq iki gündür Türkiyə ordusu bir zamanlar müttəfiq göz ilə baxdığı PYD-nin mövqelərinə ağır zərbələr endirir. Ölkə rəhbərliyi nəyin bahasına olursa-olsun ölkə sərhədləri boyunca kürd muxtariyyətinin yaradılmasına imkan verməyəcəyini bəyan edib. Türkiyə-PYD qarşıdurması Ankaranın Vaşinqtonla münasibətlərini də gərginləşdirib. Digər tərəfdən artıq İŞİD İraq və Suriyadan sonra Türkiyənin də ciddi başağrısına çevrilməyə başlayır. Ankarada törədilən dəhşətli terror aktında İŞİD izlərinin olması, Urfada İŞİD terrorçularının iki suriyalı jurnalistin başını kəsməsi Türkiyənin getdikcə suriyalaşdığını göstərir. Suriya ordusunun Rusiyanın dəstəyi ilə İŞİD terrorçularını Türkiyə sərhədinə doğru qovması bu prosesi daha da sürətləndirir. Və Türkiyə seçkilərə terror və ərazi bütövlüyünə təhdid altında gedir. Keçmiş olsun!
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Oktyabr
30 oktyabr 2015 17:15 (UTC +04:00)
Sosial
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024
FHN Xızıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
13:35
4 may 2024